“Qarabağ”dan ayrılan Olavuo Juninyo Karlos Alkarasla birgə oynamayacaq. Buna səbəb “Falmenqo”nun gənc yarımmüdafiəçisinin Braziliya klubunu tərk etməsidir.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı argentinalı “Everton”a icarəyə verilib. Mövsümün sonunadək İngiltərə klubuna verilən oyunçunun Avropada qalmaq inmkanı var. Alkaras özünü doğrultsa, liverpullular 14 milyon avro ödəyərək futbolçunun transfer hüququna sahib çıxacaq.
Daha öncə “Yuventus”da da oynamış Alkarasın Premyer Liqa təcrübəsi var. 2023-cü iln yayında “Sauthempton” onu 14 milyon avroya almış, turinlilərə icarəyə vermiş, ilyarım sonra isə 18 milyona “Flamenqo”ya satmışdı.