“Bu həftə məşqlərə qayıdacam. Artıq özümü yaxşı hiss edirəm”. Bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman deyib.
Toqolu futbolçu zədəsini sağaltdığını və yaşıl meydanlara dönəcəyini açıqlayıb. Hakman Misli Premyer Liqasının son turunda “Səbail”ə qarşı matçda zədələnmiş, 33-cü dəqiqədə məcburi əvəzlənmişdi.
O, komandasının Premyer Liqanın ikinci yarısına yaxşı start verməməsini də sözlərinə əlavə edib: “Biz yaxşı başlamadıq və bunu gözləmirdik. Lakin biz hər şeyin yaxşı olmasını istəyirik. Bunun üçün gündən-günə çox çalışırıq. Keçmiş oyunlarda etdiyimiz bəzi səhvləri düzəltmək üçün məşqdə əvvəlkindən daha çox çalışmaqdan başqa yol yoxdur. Allahın köməyi ilə hər şey yaxşı olar və istədiyimizi əldə edərik”.