Milli Basketbol Assosasiyasında müntəzəm çempionat 11 oyunla davam edib.

Nikola Yokiçin tripl-dablı “Denver Naggets”in ardıcıl 3-cü qələbəsinə şərait yaradıb. Bu dəfə onlar evdə “Nyu-Orleans Pelikans”a 125:113 hesabı ilə qalib gəliblər.

Alperen Şengünün yoxluğunda Hyuston komandası 3-cü dəfə məğlub olub. “Rokets”i bu dəfə “Nyu-York Niks” üstələyib – 124:118. Bu məğlubiyyətdən sonra Hyuston təmsilçisi Qərb konfransında vəziyyətini pisləşdirib. Komanda hazırda 3-cü yerdədir.

Digər oyunlardakı nəticələr belədir:

Şarlott Hornets – Vaşinqton Vizards 114:124

Detroyt Pistons – Atlanta Houks 130:132

Minnesota Timbervolves – Sakramento Kinqs 114:116

Memfis Qrizlis – San Antonio Spörs 128:109

Oklahoma Siti Tander – Miluoki Baks 125:96

Yuta Caz – İndiana Peysers 111:112

Portlend Treyl Bleyzers – Finiks Sans 121:119 OT

Qolden Steyt Vorriors – Orlando Mecik 104:99

Shares: