“Barselona” basketbol klubu baş məşqçi Joan Penarroyanı istefaya göndərmək variantını nəzərdən keçirir.
“Barselona” ehtiyat oyunçular skamyasında dəyişiklik etməyi düşünür. Joan Penarroyanın gələcəyi qeyri-müəyyəndir. Hazırda heç bir qərar verilməyib, amma yaxın günlərdə nəsə görə bilərik”, – deyə tanınmış insayder Andreani X sosial şəbəkəsində yazıb.
55 yaşlı ispan mütəxəssis 2024-cü ilin iyunundan “Barselona”nın baş məşqçisidir. 2023/2024 mövsümündə o, İspaniyanın “Baskoniya” klubunun sükanı arxasında olub.