Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 9-cu turun oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.

UNEC – “Gəncə” matçı saat 15:00-da, “Azərreyl” – “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.

Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Shares: