“Araz-Naxçıvan”la oyunun çətin olacağını bilirdik. Yaxşı oynadıq, amma qol vurmağı bacarmadıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Alan Dias deyib.

Braziliyalı futbolçu Misli Premyer Liqasının 21-ci turunda “Araz-Naxçıvan”la qolsuz heç-heçə etdikləri oyundan danışıb: “Qol vurmaq, qələbə qazanmaq üçün şanslarımız oldu. Müdafiədə qol buraxmadan bir oyun keçirmək də yaxşıdır. Əsas odur ki, həm də uduzmadıq. Fikrimcə, biz düzgün yoldayıq. Hamı diqqətini hər oyunda daha yaxşı çıxış etməyə, təkmilləşməyə yönəldib”.

Dias onları qarşıda iki çətin matçın gözlədiyini bildirib: “Düşünürəm ki, qələbələrimiz olacaq. Bunun üçün çox çalışırıq. Bu həftə iki vacib oyunumuz var. Kubokun ¼ finalında “Sabah”la, daha sonra Premyer Liqada “Şamaxı” ilə qarşılaşacağıq. Bu matçlardan müsbət nəticə qazanmağımız vacibdir”.

Shares: