“Kəpəz”in yarımmüdafiəçisi Mahamadu Banın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 21-ci turunda “Sabah”a geridönüşlə qalib gəldiniz. 3:2 hesablı qalibiyyət barədə fikirləriniz necədir?
– Oyun gərgin keçdi. Buna baxmayaraq, biz qələbə qazandıq. Təbii ki, buna görə sevinirik. Əsas odur 3 xalımız var. Bu cür də davam etməliyik.
– Çempionatın ikinci yarısına yaxşı başlamısız və gözlənilməz şəkildə 2 güclü rəqibi məğlub etmisiz…
– Təbii ki, qələbə ilə başladıq və motivasiyamız yüksəldi. Liqanı yaxşı yerdə bitirmək üçün əlimizdən gələni edirik. Komandanın qazandığı nəticələri davam etdirməsini istəyirik. Bu cür davam etdirməyə çalışacağıq.
– Necə düşünürsən, liqada qala biləcəksiz?
– Hazırki durumda buna ümid edirəm. Düşünürəm ki, hər şeyi edəcəyik.
– “Sabah”la oyundan əvvəl “Səbail”ə uduzdunuz, amma hamı onları da məğlub edəcəyinizi gözləyirdi. Niyə qalib gələ bilmədiniz?
– “Səbail”lə matçda əlimizdən gələni etdik. Əvvəlcədən də qələbə proqnozlaşdırırdıq və meydana bunun üçün çıxmışdıq. Amma bəxtimiz gətirmədi. Düşünürəm ki, qələbə qazana bilərdik. Şans bizdən üz döndərdi. Biz indiki halda bu tempi davam etdirməyə çalışacağıq. Liqada qalmaq üçün sona qədər mübarizə aparacağıq.
– Qarşıda daha bir çətin oyun var. “Araz-Naxçıvan”a qalib gələ biləcəksiz?
– Dediyim kimi, bunu əvvəlcədən proqnozlaşdırmaq çətindir. Amma biz buna inanırıq. Təbii ki, qələbə üçün meydana çıxacağıq. Onlara da qalib gəlmək istəyirik.
AĞA