Formula 1-də çıxış edən “Red Bull” komandasının sürücüsü, dördqat dünya çempionu Maks Ferstappen sosial şəbəkədə yeni paylaşım edib. Niderlandlı sürücü “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandla şəklini nümayiş etdirib.

Ferstappen Niderland və Norveç bayraqları, onların arasında isə əlsıxma emojisi olan fotoya qısa şərh yazıb.

Xatırladaq ki, Maks keçən il ardıcıl 4-cü dəfə Formula 1-də dünya çempionluğunu qazanıb.

c2c3cb94 4c57 4fd1 9dc2 c4a79188746a - Futbolinfo.az
Shares: