Tennisdə dünya reytinqinin lideri Yannik Sinnerin İtaliyada qardan heykəlini düzəldiblər. Heykəl tennisçinin vətənində, Cənubi Tirol əyalətinin San Kandido şəhərindədir.
İtalyan idmançı əlində kubok tutur. Heykəlin yaxınlığıda onun tennis turnirlərindəki bütün titullarını göstərən bir lövhə də var.
Xatırladaq ki, 23 yaşlı Sinner “Böyük Dəbilqə” turnirlərinin üçqat qalibidir. O bu il Avstraliya Açıq Çempionatında kubok qazanıb. Sinner keçən mövsüm ATP Final Çempionatının və 16 ATP turnirinin qalibidir.

