“Bayern”in hücumçusu Matis Tel “Tottenhem”ə keçib.
Fuutbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək. Bununla yanaşı, “Tottenhem” onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.
19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Tel bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.