“Milan” heyətinə daha bir futbolçu qatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi “Montsa”dan fransız yarımmüdafiəçi Uorren Bondonu transfer edib. Onunla 2029-cu il iyun ayınadək müqavilə imzalanıb. Futbolçu komandada 39 nömrəli forma geyinəcək.

21 yaşlı Bondo 2022-ci ilin yayından bəri “Montsa”nın formasını geyinirdi. Bu mövsüm o, bütün turnirlərdə 22 matça çıxıb.

Shares: