“Şaxtyor”un vingeri Aleksandr Zubkov “Trabzonspor”a keçib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb.

Trabzonlular 28 yaşlı futbolçu üçün “Şaxtyor”a 7,5 milyon avro ödəyiblər.

Zubkov bu mövsüm “Şaxtyor”un heyətində 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Ukrayna millisində 37 oyunda 2 qolu var.

“Trabzonspor” daha əvvəl “Şaxtyor”un hücumçusu Daniil Sikanı heyətinə qatmışdı.

Shares: