“Benfika” “Komo”dan italiyalı hücumçu Andrea Belottini icarəyə götürdüyünü açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər arasındakı müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Belotti Lissabon klubunda 19 nömrəli forma altında çıxış edəcək. O, 2024-cü ilin yayından “Komo”da çıxış edirdi. 31 yaşlı futbolçu bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub. Onun “Komo” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Belotti karyerası ərzində “Palermo”, “Torino”, “Roma” və “Fiorentina”da çıxış edib.

Shares: