Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) Rusiya və Belarus yığmalarının 2025/2026-cı il mövsümündə yarışlardan kənarda qalması ilə bağlı bəyanat yayıb.

“Son iclasdan sonra IIHF Şurası hesab edir ki, Rusiya və Belarus milli və klub komandalarını 2025/2026 mövsümü üçün geri qaytarmaq hələlik təhlükəlidir. Mövcud şərtlər turnirlərin təşkilində lazımi tələblərə imkan vermədiyi üçün IIHF növbəti bildirişə qədər mövcud status-kvonu saxlamalıdır.

IIHF Şurası vəziyyəti izləməyə davam edəcək. Rusiya və Belarusun 2026/2027-ci il mövsümü üçün yenidən daxil edilməsinin təhlükəsiz olub-olmadığı müəyyən ediləcək. Növbəti qərar üçün son tarix 2026-cı ilin may ayıdır”, – deyə IIHF-nin bəyanatında qeyd edilir.

Shares: