Legionerləri haqda hər gün yeni bir xəbər çıxan “Qarabağ”da növbəti ayrılıq reallaşıb. Uzun müddətdir “Ferentsvaroş”dan adlığı təklifi müsbət dəyərləndirmək istəyən Julio Romao arzusuna çatıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı dayaq yarımmüdafiəçisi artıq Macarıstandadır. Amma ağdamlılar ona görə hər hansı məbləğ almayacaq. Çünki klublar onu Kadi Borgeslə dəyişməyə razılaşıb. Yayda “Krasnodar”ı “Ferentsvaroş”a dəyişən braziliyalı hücumçu Bakıya gəlib.

“Qarabağ”ın həm ayrılığı, həm də yeni transferi tezliklə elan edəcəyi gözlənilir. Ağdamlılar Kadini 2 il öncə Rusiya klubuna 5 milyon avroya satmışdı.

kadib - Futbolinfo.az
Shares: