Milli Basketbol Assosiasiyasının altıqat çempionu Maykl Cordanın oğlu Markus Cordan həbs edilib. Bu barədə TMZ məlumat yayıb.

Mənbənin sözlərinə görə, Markusa qarşı bir neçə ittiham irəli sürülüb. Söhbət sərxoş vəziyyətdə avtomobil idarə etmək, kokain saxlamaq və həbsə müqavimət göstərməkdən gedir. Markus hazırda Orinc dairəsi həbsxanasında saxlanılır. Nəşrin əməkdaşları əfsanəvi idmançının oğlu ilə əlaqə saxlasa da, hələlik ondan heç bir şərh almayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Markusun məşhur Hollivud aktyoru Eddi Merfinin keçmiş həyat yoldaşı Nikol Mörfi ilə klubda görüntüləri yayılmışdı.

Shares: