İspaniya çempionatının Hakimlər Komitəsinin rəhbəri Luis Medina Kantalyexo La Liqanın 22-ci turunun “Espanyol” – “Real” oyunu (1:0) ilə bağlı hakimlərlə görüş keçirib. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, görüşdən sonra matçın baş hakimi Alexandro Muniz Ruiz və VAR-da işləyən İqlesias Villanueva kobud səhvlərə görə müvəqqəti diskvalifikasiya olunublar.

Kantalyexonun fikrincə, “Espanyol”un müdafiəçisi Karlos Romeronun “Real”ın fransız hücumçusu Kilian Mbappeyə etdiyi kobudluq “qırmızı vərəqə” ilə cəzalanmalı idi.

Xatırladaq ki, Alexandro Muniz Ruiz qonaqların əks-hücumu zamanı Mbappeyə qarşı arxadan kobudluğa görə Romeroya yalnız sarı vərəqə göstərmişdi. Qarşılaşmadan sonra futbolçunun özü kobud oyuna görə fransızdan üzr istəmişdi.

Shares: