Mingəçevir şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yarış zalında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən “2 Fevral – Gənclər Günü”nə həsr olunan dama üzrə şəhər turniri keçirilib.
Ali və orta ixtisas məktəb tələbələri arasında reallaşan yarışın sonunda qaliblərin adına aydınlıq gəlib.
Oğlanlar arasında:
I yer – Yusifov Məhəməd (MDU)
II yer – Əsgərov Kənan (MDU)
III yer – Babəliyev Fərəc (MTK)
Qızlar arasında:
I yer – Hacıyeva Günay (MTK)
II yer – Əhmədova Leyla (MDU)
III yer – Salmanova Fidan (MDU)
Qaliblər kubok, medal və diplomlarla təltif edilib.
BƏHRUZ MUSAYEV