Fransanın reqbi üzrə ikinci divizionunda çıxış edən “Biarritz” klubu ficili hücumçu Masivesi Dakuvakunu komanda yoldaşı Pier Peycs ilə mübahisə etdiyinə görə məşqdən və oyunlardan uzaqlaşdırıb.

Dakuvaku ilə mübahisədən sonra Peycs xəstəxanaya yerləşdirilib. Əlbəyaxa zamanı Masivesi komanda yoldaşını elə dişləyib ki, həkimlər ona 20 tikiş qoymaq məcburiyyətində qalıblar. Maraqlıdır ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Peyces Dakuvakanı başqası ilə dava edərkən ayırmağa çalışıb.

Dakuvaku hadisə yerində polis tərəfindən saxlanılıb. O, həmin gecə baş verən hadisələri xatırlamadığını bildirib. İdmançı 2025-ci ilin mayında məhkəmə qarşısına çıxacaq.

Dakuvaku Fici reqbi komandasının tərkibində 2016-cı il olimpiya çempionudur. O, “Biarritz”lə keçən yay müqavilə imzalamışdı.

Shares: