AFFA İntizam Komitəsi Misli Premyer Liqasında XXI turunun “Turan Tovuz” – “Səbail” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, tovuzluların futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 1000 manat ziyana salıb.

Bölgə təmsilçisinin məşqçisi Ruslan Abışov isə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 matçlıq cəzaya, “Turan Tovuz” 1500 manat cəriməyə məruz qalıb. Sınaq müddəti 3 ay təyin olunub.

Eyni zamanda “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub daha 1000 manat cərimə ilə üzləşib.

Shares: