AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXI turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
Futbolinfo.az xəbər verir ki, “Səbail”lə oyunda qırmızı vərəqə alan “Sabah”ın futbolçusu İqor Noqeyra 1 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.
“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı”nın 5, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün həmin klublar 700 manat cərimə edilib.
Bundan başqa, “Zirə – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması birincilərin 800 manat cərimələnməsinə səbəb olub.