“Şamaxı”nın yarımmüdafiəçisi Alfonso Msanqanın futbolinfo.az saytına müsahibəsi

– Son turda “Neftçi”yə məğlubiyyətin səbəbin nədə görürsən?

– Yaxşı oyun keçdi. Matça ciddi hazırlaşmışdıq. İlk hissədə də xeyli qol şansı yaratdıq, bunlardan istifadə edə bilmədik. İkinci hissədə də mübarizə apardıq, amma nəticə olmadı. Məşqlərimizi edirik, qarşıdakı matçlarda qələbə qazanmaq üçün çalışacağıq.

– Qış fasiləsindən sonra keçirdiyiniz 3 oyunda məğlub olmusuz…

– Oyunlarımızın hamısına baxsanız, görərsiniz ki, biz yaxşı çıxış etmişik. Qol şansları yaratmışıq, hücumlar etmişik. Amma qələbə qazanmaq üçün bir az da bəxtə ehtiyacımız olub, amma şansımız bizdən üz döndərib. Məşqçilərimiz geridə qalan oyunlarda etdiyimiz səhvləri bizə deyib və onları düzəltmək üzərində çalışırlar.

– Vəziyyəti necə dəyişəcəksiz?

– Bizim yaxşı komandamız var və vəziyyəti dəyişə bilərik. Məşqlərdə çox çalışırıq, üzərimizdə işləyirik. Oyunumuzu daha da yaxşılaşdırmağa və bununla nəticə əldə etməyə can atırıq. Ümid edirəm ki, istəyimizə nail olacağıq.

– Növbəti oyun evdə “Sumqayıt”a qarşı olacaq. Doğma azarkeşlər önündə mövsümün ikinci yarısının ilk qələbəsini qazana biləcəksiz?

– Bizim üçün çox vacib oyundur. Evdə oynayırıq və maksimum gücümüzü ortaya qoyacağıq. Təbii ki, 3 xal üçün meydana çıxacağıq. Amma kmin qalib gəldiyi 90 dəqiqənin sonunda bilinəcək.

– Sonuncu pillə ilə bir xallıq fərqiniz var. Bu təhlükə sizi narahat etmir?

– Biz sadəcə irəliyə baxmalıq və yaxşı nəticələr qazanmalıyıq.

FƏRİD

Shares: