AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə liqalardakı 4 komandaya texniki məğlubiyyət verib.

Futbolinfo.az xəbər verir ki, U-14 Liqasında keçirilən “İmişli” – “Şamaxı” oyununda ikincilərin 25 nömrəli futbolçusunun əvəzinə adı protokolda olmayan başqa oyunçu meydana çıxıb.

Bu, “İmişli”nin 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub.

U-13 Liqasında keçirilməli olan “Ruslan” (Gəncə) – “Gəncəvi” (Gəncə) və “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) oyunları qonaq komandaların heyətində yetərsay olmadığından baş tutmayıb. Həm “Gəncəvi”, həm də “Pambıqçı” eyni cəza ilə üzləşib.

U-10 Liqasında keçirilməli olan “Odlar Yurdu” (Sumqayıt) – “Sumqayıt City” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından reallaşmayıb. Nəticədə “Odlar Yurdu”na (Sumqayıt) 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığından, “Odlar Yurdu” yarışdan kənarlaşdırılıb.

Shares: