Premyer Liqa

Araz Abdullayev yenidən Premyer Liqada

araz abdullayev 33 - Futbolinfo.az

Premyer Liqaya yeni vəsiqə qazanan “Karvan” növbəti transferini həyata keçirəcək. Futbolinfo.az saytının məlumatına görə, Yevlax klubu Araz Abdullayevlə anlaşıb.

33 yaşlı yarımmüdafiəçi artıq klubun düşərgəsindədir. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Abdullayev karyerası ərzində bir çox xarici klubda, Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”də çıxış edib. Millimizin sabiq üzvü son olaraq ötən mövsüm Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan”da oynayıb.

Shares: