“Liverpul” yayda ayrılacağını açıqlayan Məhəmməd Salaha əvəzedici axtarır. İngiltərə klubu hücumun sağ cinahında misirlini layiqincə əvəz edəcək birini transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, əsas namizədlərdən bir Maykl Olisedir. “Bayern” gənc oyunçusunu satmaq istəməsə də, ingilislərin cəlbedici təklifi vəziyyəti dəyişə bilər.

İki il öncə “Kristal Pelas”dan 53 mlyon avroya alınan 24 yaşlı fransalının hazırkı dəyəri 140 milyon avrodur. Münhenlilər 2029-cu ilin yayınadək müqaviləsi olan oyunçunu daha yüksək qiymətə satmaq niyyətindədir. Bunun üçün isə daha bir mövsüm gözləmək niyyətindədirlər.

Shares: