Tanınmış “PlanetF1” nəşri Formula 1 tarixində heç vaxt dünya çempionu olmayan 10 ən yaxşı sürücünün reytinqini dərc edib.

Siyahıda birinci yeri dörd dəfə çempionatda ikinci yeri tutan və qatıldığı bütün Qran-Pri yarışlarının təxminən dörddə birini qazanan Stirlinq Moss tutub. Onun 1958-ci ildə rəqibi Mayk Hotornu müdafiə edərək demək olar ki, özünü tituldan məhrum etməsi tarixə idmançılığın nümunəsi kimi düşüb. Karyerası ərzində Moss müxtəlif yarış kateqoriyalarında 212 qələbə qazanıb.

İkinci yeri “Superisveçli” ləqəbli Ronni Peterson tutub. O, 123 Qran-Pridən 10-nu qazanıb və 14 dəfə pouldan start götürüb. Onun karyerası 1978-ci ildə komanda yoldaşı Mario Andretti ilə titul uğrunda mübarizə apardığı İtaliya Qran-Prisində faciəvi şəkildə başa çatıb.

Üçüncü yeri ikiqat vitse-çempion (1969, 1970) və “Le Manın 24 saatı” yarışının dəfələrlə qalibi Ceki İkks tutub. 1970-ci ildə titula yaxın olsa da, çempion Monzadakı qəzadan sonra həyatını itirən Yohan Rindt olub.

İlk 10-luğa daxil edilən digər pilotlar bunlardır:

4. Jil Vilnöv

5. Didye Pironi

6. Daniel Rikkardo

7. Rubens Barrikello

8. David Kulthard

9. Mark Vebber

10. Robert Kubisa

Shares: