“Neftçi” hücumçusu Vensan Abubakarla yollarını ayırmağa hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, ulduz futbolçunun müqaviləsindəki bəndə əsasən, sözləşmənin müddəti daha 1 illik uzadıla bilər. Lakin “ağ-qaralar” bu bəndi aktivləşdirmək fikrində deyil.

Abubakarın karyerasını yenidən Türkiyədə davam etdirmək variantı da yaranıb. Belə ki, “Bursaspor” 34 yaşlı forvardın xidmətində maraqlıdır. I Liqaya yüksələn bursalılar yay fasiləsində onu azad agent kimi heyətinə qatmaq niyyəyindədir.

Qeyd edək ki, Vensan Abubakar daha əvvəl Türkiyədə “Beşiktaş” və “Hatayspor”un formasını geyinib. Kamerunlu futbolçu ötən ilin oktyabrından “Neftçi”nin şərəfini qoruyur.

Shares: