“Sabah” tezlklə komandadan ayrılacaq oyunçuların siyahısını açıqlayacaq. Onların sırasında ilk pillədə Cesse Sekdika dayanacaq.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı nigeriyalı komandadan ayrılmaq qərarına gəlib. O, son mövsümdə əsas heyətdən kənar qaldığı üçün durumundan məmnun deyil. Amma rəqabəti uduzduğunu anlayır və çıxış yolunu getməkdə görür.

Sekidika özünə yeni iş yeri tapıb. Onun Türkiyənin aşağı liqa klublarından birinə yollanmaq ehtimalı var. Cinah hücumçusu aldığı təklifi dəyərləndirib və tezlklə rəsmi müqavilə bağlayacaq.

Cesse 2023-cü ildə “Sabah”a azad agent kimi gəlmişdi, eyni statusla da vidalaşacaq. İngiltərə, Portuqaliya, Belçika və Türkiyə klublarında oynamış nigeriyalı vaxtilə “Qalatasaray”ın da formasını geyib.

Shares: