Kanada qran-prisinin təsnifat mərhələsi baş tutub. Gözlənildiyi kimi, ən yüksək nəticəni “Mersedes” sürücüləri əldə ediblər.
Sprintdə qələbədən sonra ruh yüksəkliyi ilə yarışan Corc Rassel əsas yarışda da birinci yerdən start vermək hüququ əldə edib. Komanda yoldaşı Kimi Antonellinin nəticəsi ondan 0,068 saniyə az olub.
İlk üçlükdə keçən ilin çempionu Lando Norris qərarlaşıb. “Maklaren”in digər sürücüsü Oskar Piastri isə 4-cü yerdən başlayacaq. Lyuis Həmilton komanda yoldaşı ilə müqayisədə daha sürətli olmaqla 5-ci nəticə göstərib. Lyuisin arxasında dördqat dünya çempionu Maks Ferstappen olacaq.
Xatırladaq ki, Kanada qran-prisinin əsas yarışı bu gün Bakı vaxtilə saat 23:55-də start götürəcək.






