MBA-da həlledici oyunlar davam edir. Şərq konfransının finalında 3-cü oyun keçirilib. Nyu-Yorkda keçirilən ilk iki oyunda qələbə qazanan “Niks” Klivlenddə də üstün olub – 121:108. Bununla da seriyada hesab 3:0 olub.
Ceylen Branson 30 xalla qələbədə mühüm rol oynayıb. Komanda yoldaşı Anuobi 21 xal, 7 ribaund və 4 asistlə yadda qalıb. “Kavalers”in heyətində Evan Mobli 24 xal toplayıb.
Komandalar arasında 4-cü oyun mayın 26-da keçirilib. Klivlenddə keçirilən qarşılaşma seriyada sonuncu ola bilər.
Qeyd edək ki, MBA-nın son çempionu “Oklahoma Siti Tanders” komandasıdır.






