Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 33-cü turun son günündə bir oyun baş tutub.
“İmişli” elitanı tərk etməsi dəqiqləşən “Karvan-Yevlax”la qarşılaşıb. Qubada keçirilən son oyunda qalib müəyyənləşməyib.
Daha əvvəl keçirilən oyunlarda “Qəbələ” “Şamaxı”ya (3:1), “Araz-Naxçıvan” “Zirə”yə (3:2) qalib gəlib, “Turan Tovuz” “Sabah”a (1:2), “Sumqayıt” “Qarabağ”a (3:4), “Kəpəz” “Neftçi”yə (0:1) uduzub.
Misli Premyer Liqası
33-cü tur
24 may
“İmişli” – “Karvan-Yevlax” 1:1
Qollar: Dioqo Kardozo, 90+5 – Peter Kinqs, 28.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
İmişli: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 20. Nazim Hüseynov, 29. Edvin Banqera (k).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 33. Andrey Sinenka, 90. Riad Abbaszadə, 47. Orxan Fərəcov, 30. Xəlil Mürsəlli, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 6. Yav Mozes, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.
Karvan-Yevlax: 1. Kamran İbrahimov, 33. Eltun Turabov (k), 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 8. Peter Kinqs.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 19. Tompson Qavi, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.






