“Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Bu barədə Futbolinfo.az-a klubun mətbuat xidmətindən bildirilib.

Siyahıda İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləri yer alıb.

Shares: