“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Futbolinfo.az xəbər verir ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zakaria Savo “Qarabağ”a keçib.

26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən “Yurqorden”də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə “Aris”də çıxış edib.

Savo yay transfer pəncərəsində “Qarabağ”a qoşulan ikinci futbolçudur. Onadək Jali Mauddibin keçidi rəsmiləşmişdi.

Shares: