“İmişli”nin baş məşqçisi Xorxe Kaşkilya Misli Premyer Liqasının 33-cü turunun “Karvan-Yevlax”la görüşdən sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:

“İstədiyimiz nəticəni qazanmışıq. Futbolçulara, texniki heyətə, klubda çalışan hər kəsə təşəkkür edirəm. Təbii ki, fanatlara da minnətdaram. Mövsüm ərzində uzun yollar qət edərək, bizə dəstək göstərirdilər. Azarkeşlər daim qəlbimdə qalacaq. Azərbaycanda olmaqdan məmnunam, həyatımda böyük təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar biri kimi müsbət düşüncələrim var. “İmişli”yə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik. “Karvan-Yevlax”la matçın start heyətində 10 azərbaycanlı yer almışdı. Fikrimcə, nəticə də ədalətli oldu.

Mən bu gecə Portuqaliyaya gedəcəm. Gələcək haqda isə heç nə deyə bilmərəm. Hazırda hələ ki ailəmi düşünürəm. Heç bir təklif yoxdur. Mətbuatda haqqımda çox xəbərlər yazılıb. Lakin həmin məlumatlar səhvdir. Hətta bir xəbər də yayılmışdı ki, “İmişli”də qalmaq istəmirəm və guya şərtlər yaxşı olmayıb. Bu da doğru deyil”.

Shares: