İtaliya A Seriyasında 2025/26 mövsümünə yekun vurulub.

Futbolinfo xəbər verir ki, bu gün son 7 oyun baş tutub.

“Parma” evdə “Sassuolo”nu, “Napoli” “Udineze”ni, “Leççe” isə “Cenoa”nı tək qolla yenib. “Roma” səfərdə “Verona”nı, “Komo” “Kremoneze”ni üstələyibsə, “Milan” evdə “Kalyari”yə uduzub, “Yuventus” Turin derbisində “Torino” ilə bərabərə qalıb.

Beləliklə, “İnter” 78 xalla çempion olub, “Napoli” 76 xalla gümüş, “Roma” 73 xalla bürünc medallara sahib çıxıb. 71 xal toplamış “Komo” da ilk üç komanda ilə birgə İtaliyanı Çempionlar Liqasında təmsil edəcək. “Milan”la “Yuventus” Avropa Liqasına, “Atalanta” Konfrans Liqasına vəsiqə qazanıb.

“Kremoneze”, “Verona” və “Piza” isə elita ilə vidalaşıblar.

İtaliya A Seriyası
38-ci tur

22 may

Fiorentina – Atalanta 1:1
Qollar: Pikkoli, 39 – Komusso, 82-öz qapısına.

23 may

Bolonya – İnter 3:3
Qollar: Bernardeski, 25. Pobeqa, 42. Zelinski, 48-öz qapısına – Dimarko, 22. Espozito, 64. Diuf, 86.

Latsio – Piza 2:1
Qollar: Dele-Başiru, 33. Pedro, 35 – Moreo, 23.

24 may

Parma – Sassuolo 1:0
Qol: Pelleqrino, 80.

Napoli – Udineze 1:0
Qol: Höylund, 24.

Milan – Kalyari 1:2
Qollar: Salemakers, 2 – Borelli, 20. J.Rodriqes, 57.

Kremoneze – Komo 1:4
Qollar: Bonassoli, 55-pen – X.Rodriqes, 36. Duvikas, 51. Da Kunya, 74-pen; 81.

Leççe – Cenoa 1:0
Qol: Banda, 6.

Torino – Yuventus 2:2
Qollar: Kasadey, 60. Adams, 84 – Vlahoviç, 24; 54.

Verona – Roma 0:2
Qollar: Malen, 56. El Şaaravi, 90+3.

Shares: