Premyer Liqada yerini qorumağı bacaran “İmişi” yeni mövsüm üçün çalışmalara start verir. Klub rəhbərliyi xüsuslə legioner transferində daha diqqətli olmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, bu məqsədlə klubda yeni post təyin olunub. Sırf skautinq işi üçün tanınan funksioner Rəsul Allahverdiyev iş başına gətirilib.O, bölgə təmsilçisində şef-skaut olacaq.
Təyinat rəsmən açıqlanmasa da, Allahverdiyev bir müddətdir fəaliyyətə başlayıb. O, yaxın günlərdə işinin ilk icrası üçün Burkina Fasoya yollanacaq.






