Dünya futbolu

Hoylund “Napoli”də qaldı

31e54500 a214 11f0 928c 71dbb8619e94 - Futbolinfo.az

“Napoli” “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundun transfer hüquqlarına yiyələnib. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Danimarkalı futbolçu İtaliya klubunda icarə əsasında çıxış edirdi. O, ötən yaydan Neapol təmsilçisinin formasını geyinirdi.

“Napoli” bu transferə görə “Mançester Yunayted”ə 44 milyon avro ödəyib.

Qeyd edək ki, 20 yaşlı forvard başa çatan mövsüm A seriyasında 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Shares: