Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer almış millimiz Şimali Makedoniya yığmasının qonağı olacaq.

Bitola şəhərində baş tutacaq qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Teona Sturua olacaq.

Qeyd edək ki, “Petar Miloşevski” stadionunda keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandamız hazırda 9 xalla 2-ci, Macarıstan yığması 13 xalla qrup lideridir. Şimali Makedoniyanın 6, Andorranın 1 xalı var.

Shares: