Amerikalı məşhur gimnast, 7 qat olimpiya və 23 qat dünya çempionu Simona Baylz səhhətində yaranan problemlər səbəbindən bir neçə gün xəstəxanada qaldığını açıqlayıb.

O, sosial şəbəkə hesabında çox ağır vəziyyətə düşdüyünü yazıb: “Adətən belə şeyləri paylaşmıram, çünki indiki dövrdə şəxsi həyatımı qorumağa üstünlük verirəm. Amma ötən həftə az qala öləcəkdim. Doğrusu, belə vəziyyətlə üzləşəcəyim ağlımdan keçməzdi. Bu həftəni yataqda, bərpa olunaraq keçirdim. Gec-tez hər şeyi danışacağam. Amma mənə yazan, vəziyyətimlə maraqlanan, yanıma gələn və gül göndərən yaxınlarıma təşəkkür etmək istəyirəm. Hamınızı sevirəm”.

29 yaşlı idmançı bildirib ki, hadisə həyat yoldaşının “İndianapolis Kolts” Amerika futbolu klubunun oyunçusu Conatan Ovnsun komanda ilə birlikdə başqa şəhərdə məşqlərdə olduğu vaxt baş verib.

Shares: