Parisdə keçirilən “Rolan Qarros” turnirinin finalında üz-üzə gələn Aleksandr Zverevlə Flavio Kobolli arasında görüş Almaniyada böyük tamaşaçı marağına səbəb olub. Alman dilində yayımlanan “Eurosport” kanalında efirə gedən qarşılaşmanı orta hesabla 2,087 milyon tamaşaçı izləyib.
Finalın pik izləyici sayı 2,8 milyona çatıb və gün üzrə auditoriya payı 6,9 faiz təşkil edərək kanal tarixində rekord göstərici olub. Görüşün şərhçilərindən biri altıqat “Böyük Dəbilqə” qalibi Boris Bekker olub.
Xatırladaq ki, 5 set davam edən görüşdə Zverev qalib gələrək karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışının qalibi olub.






