Bu gün Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununa çıxacaq.
Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Qarşılaşma “Sav” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.






