“Arsenal” yay transfer dönəmndə heyəti ciddi şəkildə gücləndirmək istəyir. İngiltərə çempionları titulunu qorumaq üçün daha da güclənməyi hədəfləyir.
Futbolinfo.az xəbər verir ki, londonluların əsas hədəfi Vinisius Juniordur. Baş məşqçi Mikel Arteta rəhbərlikdən braziliyalının keçidin həll etmək üçün səy göstərmələrini xahiş edib. O, hücum sağ cinahından narazıdır və problemi bu yolla həll etməyə çalışır.
Vinisius “Real”dakı durumundan məmnun deyil. Kilian Mbappenin kölgəsində qalan braziliyalı baş rolda olmaq istəyir. Bu səbəbdən o da iş yerini dəyişməyə meyllidir.
Bir sıra Asiya klubları Vinisius üçün sərvət ödəməyə hazırdır. Ancaq brazilyalı Avropada qalmaq istəyir. Bu məqam “Arsenal”ın işini asanlaşdıra bilər. Oyunçunun 140 milyon avroluq transfer dəyəri də İngiltərə təmsilçisini qorxutmur. Arteta “Real”ın bir illik müqaviləsi qalan və onu yeniləməyən Vinisiusu satmağa razılaşacağına inanır.






