İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Nestanın yeni iş yeri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis “Avellino”nun baş məşqçisi təyin olunub.
İtaliya B seriyası təmsilçisinin yaydığı rəsmi məlumata görə, tərəflər arasında imzalanan müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nestanın məşqçilər korpusunda Lorenzo Rubinacci, Massimo Lo Monako, Vinçenzo Varrika, Luka Morellini, Raffaele Klemente və Federiko Soldano yer alacaqlar.
İtaliya futbolunun canlı əfsanəsi daha əvvəl də B seriyasında “Peruca”, “Frozinone” və “Reggiana” komandalarını çalışdırıb. Onun son iş yeri isə “Monza” olub.
“Avellino” 2025/2026 mövsümündə İtaliya B Seriyasını 8-ci pillədə başa vurub.






