“Mersedes” komandasının rəhbəri Toto Volf son 5 Qran-prinin qalibi olan gənc pilot Andrea Kimi Antonellinin artıq komandanın əsas simalarından birinə çevrildiyini bildirib.

Volf Formula 1 üzrə yeddiqat dünya çempionu Lüis Hemiltonun gedişindən sonra Antonellini “Mercedes”in yeni dünya səviyyəli rok ulduzu adlandırıb: “Mövcud heyətimizdən daha yaxşı sürücü cütlüyü təsəvvür edə bilmirəm. Gəlin, son illərdə gördüyüm ən böyük istedadlardan birinin çıxışlarından həzz alaq. Lüisdən sonra “Mercedes”in yeni dünya rok ulduzu artıq Kimi Antonellidir”.

Komanda rəhbərinin sözlərinə görə, italiyalı pilot azarkeşlər arasında böyük populyarlıq qazanıb: “O, hər yaşdan və hər kateqoriyadan olan insanları özünə heyran edir. Artıq onunla rahat şəkildə restorana gedə bilmirik. Dərhal avtoqraf almaq istəyənlərin növbəsi yaranır və sakitlikdən əsər-əlamət qalmır”.

Shares: