“Qarabağ”ın hücumçusu Kamilo Duranın Şotlandiyaya köçmək ehtimalı gündən-günə artır.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Seltik” kolumbiyalı forvardın transferi üçün hər cür fədakarlığa hazırdır.
1,7 milyon funt-sterlinqlik təklifin rədd edilməsindən sonra “Qarabağ”ın tələb etdiyi 3 milyonu şotlandlar ödəməyə hazırdır. Amma Qlazqo təmsilçisi ilk olaraq 2,5 milyon funt-sterlinqə qarşı tərəfi razı salmağa çalışır. Rəhbərlik ən pis halda 3 milyonluq ödənişi etməyi qəbul edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi 10 oyunda 5 qol vurub. Danışıqların hazırkı durumu Kamilonun Şotlandyaya köçmək ehtimalının böyük olduğunu deməyə əsas verir.
