Naço Fernandes Joze Mourinyonu “Real” üçün ən doğru seçim sayır. Madridlilərin sabiq mərkəz müdafiəçisi vaxtilə birlikdə işlədiyi portuqaliyalının baş məşqçi postuna qaytarılmasını klub rəhbərliyinin doğru qərarı hesab edir.
Futbolinfo.az xəbər verir ki, bütün karyerasını həsr etdyi “Real”dan 2024-cü ilin yayında ayrılaraq “Əl Qədisiyyə”yə keçən 36 yaşlı oyunçu deyib: “O, “Real”ın ehtiyac duyduğu adam idi. Futbolçuları 100 faiz bir ailəkimi birləşdirəcək. Madridlilərdə son illər məhz bu çatışmırdı”.
Səudiyyə Ərəbistanı klubu ilə bitən müqaviləsini daha bir illik uzadan Naço “Real”ın yeni transferlərindən də danışıb: “Xüsusilə Mark Kukurelyanı fərqləndirərdim. O, sol cinahda intensivliyi artıracaq. Komandanın bu mövqedə məhz belə oyunçuya ehtiyacı var idi”.
Xatırladaq ki, Mourinyo ilk dəfə “Real”a 2010-13-cü illər aralığında rəhbərlik edib.
