“Latsio”nun 18 yaşlı sol cinah müdafiəçisi Lorentso Kalvani “Milan”ın heyətinə cəlb olunub.

Futbolinfo.az Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Sözləşmədə müddətin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. İtaliyalı futbolçu “Milan”ın gənclər komandasında çıxış edəcək.

Qeyd edək ki, L.Kalvani 2025/2026 mövsümündə “Latsio”nun gənclər komandasında 34 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib və 3 sarı varaqə alıb.

Shares: