İngiltərənin “Çelsi” klubu Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”ın müdafiəçisi Maksens Lakruanın transferini rəsmiləşdirib. 26 yaşlı fransalı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

2024-cü ildən “Kristal Pelas”da oynayan Lakrua bu müddətdə bütün turnirlərdə 98 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, komandanın heyətində İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.

Futbolçu daha əvvəl Fransanın “Soşo” və Almaniyanın “Volfsburq” klublarının da formasını geyinib.

Shares: