Digər idman növləri

Azərbaycan velosipedçisindən Çində uğurlu nəticə

ArtcNDnq3oiYA9GejHiSvrKD34Bg2QXXsstyCfTU 1200 - Futbolinfo.az

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində “Pardus MK Women”s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.

Futbolinfo.az xəbər verir ki, ikigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan idmançı növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Shares: