Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə “Kolumbus Kru”dan ayrılır.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.
Həmyerlimiz gələn mövsümdən Super Liqada mübarizə aparacaq “Erzurumspor“la danışıqları uğurla yekunlaşdırıb.
O. ABŞ təmsilçisindən 1 illik icarəyə götürülüb. Nəriman ən qısa zamanda okeanın o tayından Türkiyəyə gələcək və məşqlərə qoşulacaq.
“Erzurumspor” 1-ci Liqanın son çempionudur. Sözügedən komanda 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıb.
Nəriman bu ilin yazında “Qarabağ”dan alınmış və ABŞ klubu ilə 3,5 illik müqavilə bağlanmışdı. Amma ön xətt oyunçusu sözügedən komandada kifayət qədər oyun şansı qazana bilmədiyi üçün Türkiyə klubundan aldığı dəvəti müsbət cavablandırıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri “Sportinfo” yazıb.
